İşğalçı sionist rejimin Qəzzəyə həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı artaraq 9 min 227 nəfərə çatıb.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, sionist işğalçı rejimin qondarma ordusu Qəzzə zolağının bombardmanlarını davam etdirir.
Fələstin Səhiyyə Nazirliyi işğalçı sionist rejimin Qəzzada həyata keçirdiyi hücumlarda indiyədək 9 min 227 nəfərin şəhid olduğunu bildirib.
Son 24 saatda isə şəhidlərin sayının 166 nəfər artdığı bildirilib. Şəhidlərdən 3 min 826-nın uşaq, 2 min 405-nin qadın olduğu açıqlanıb.
Mənbə: İLKHA
Aynur Camal