Şəhidliyin ünvanı Əbədiyyətdir: Şəhid Fərid Məmmədzadə – FOTOLARbackend

Şəhid olmaq ən şərəfli və uca zirvədir.
Lakin şəhid anası olmağı isə tərif etmək mümkün deyil.

Onların keçirdiyi hisləri tam olaraq ifadə edə biləcək bir söz yoxdur. Bu günki sevincimizi – Qarabağımızın azadlığını o anaların böyütdüyü qəhrəmanlara borcluyuq !

Məmmədzadə Fərid Mehman oğlu da bu qəhrəmanlardan biridir.

O, 20.08.2000 tarixində Ağdaş rayonunda dünyaya gözlərini açıb. Ailənin ilk övladı olan Fərid orta təhsilini rayonun Teymur İsmayılov adına 8 saylı məktəbdə alıb. Və daha sonra təhsilinə Şuşa Musiqi Kollecində Qarmon üzrə davam edib.
2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollandı və 04.10.2020 tarixində isə qəhrəmancasına şəhid oldu.

Şəhidimizin anası Nəzakət xanım Məmmədova “Yeni Gündəm”-ə danışdı :
— Oğlum hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə icra edirdi. Buna görə bizimlə ancaq səhhəti haqqında danışa bilirdi. “Mən yaxşıyam, narahat olmayın ” – deyirdi.
Kollecdə oxuduğu müddətdə Qarmon ifaçısı olmaq istəsə də sonradan fikrini dəyişmişdi. Əsgərlikdə Xüsusi Təyinatlılara seçiləndə çox sevinmişdi və sonra atasına dedi ki, ” Mən polis olmaq istəyirəm bura mənim üçün əsl məktəbdi. ” Atası da onu dəstəkləyirdi.
Qayıdıb gələndə yenə vətənə qulluq edəcəkdi..
Ən böyük arzusu bu idi idi.. Polis olacaqdı.. İşləyib qardaşını müalicə elətdirmək istəyirdi..
Kiçik oğlumun eşitməsində zəiflik və nitqində problem var. Fərid də qardaşına kömək olmaq istəyirdi.
Sonuncu dəfə oktyabrın 1-i atası ilə əlaqə saxlamışdı : ” Hər şey qaydasındadı, yoldayıq gedirik ” deyə bilmişdi.

2020-ci ildə 20 yaşında itirdik onu.
20lər düşərli olmadı Fəridimə …
Onunla qürur duyuruq.
Vətən sağ olsun !
Siz də diqqətiniz üçün çox sağolun ”

Haqqınız ödənməz şəhid anaları ! Sizin kimi fədakar analar var deyə bu torpaqlar yenidən nəfəs alır !
Haqqınızı halal edin .

Qeyd edək ki, şəhid Məmmədzadə Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”   medalları ilə təltif olunub.

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az