Səhiyyə nazirinin müavini: “Son on ildə Azərbaycanda uzunömürlülük artıb”backend

“Keyfiyyətli səhiyyə xidmətləri son illər yaxşılaşıb”.

Bunu “Viva La Vida” uzunömürlülük üzrə beynəlxalq konqresdə səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə ana və uşaq ölümləri azalıb, gözlənilən sağlam ömür uzunluğu artıb:

“Vətəndaşlarımızın sağlam həyat tərzi ana bətnindən başlayır.

Uzunömürlülüklə bağlı hədəflərə çatmaq üçün maarifləndirmə tədbirləri gücləndirilməlidir.

İ.Qasımov qeyd edib ki, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib:

“Uzunömürlülüklə bağlı hədəflərə çatmaq üçün tibb ictimaiyyətinin də yeni çağırışlara uyğunlaşması lazımdır. Bütün yaş kateqoriyalarında fiziki aktivlik, sağlam həyat tərzi sürmək və zərərli vərdişlərdən kənarlaşması arzuolunandır”./Oxu.az