Səhiyyə Nazirliyinin müəssisələrində yararlılıq müddəti bitmiş dərmanlar aşkarlanıbbackend

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə keçirilən başçəkmələr zamanı psixiatriya xəstəxanalarında müalicənin farmakoterapiya ilə məhdudlaşdırıldığı, psixo-sosial tədbirlərin müasir standartlara uyğun təşkil olunmadığı müəyyən edilib.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, müvafiq jurnalların qanunvericiliyə uyğun tərtib edilmədiyi, xüsusi vasitələrdən və ipdən (bant) istifadə ilə bağlı qeydiyyatın təkmil aparılmadığı, müalicə həkiminin bununla bağlı tibbi əsaslandırılmış qərarlarının olmadığı, mövcud qeydlərdə isə tarixlərin göstərilmədiyi, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası ilə bağlı müsbət dəyişikliklər olsa da, bəzi müəssisələrin yerləşdiyi binaların əsaslı təmir edilməsinə ehtiyacın olduğu, yararlılıq müddəti bitmiş dərmanların olduğu, bəzi müəssisələrdə isə dərmanların saxlanması üçün xüsusi soyuducuların olmadığı müəyyən edilib.