Səidə Sultan: “Kim zəmanət verəcək ki, vurdurduğum peyvəndin 10 ildən sonra fəsadları olmayacaq?”backend

“Kim mənə zəmanət verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?”

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan deyib.

Vaksinasiyaya qarşı çıxan ifaçı peyvəndin fəsadları olduğunu iddia edib:

“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşayaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”.