Şəkidə tapılan meyitdə zorakılıq əlamətləri aşkarlandıbackend

Şəki sakini müəmmalı şəraitdə ölüb.

“Yeni Gündem”in məlumatına görə, gecə saatlarında Şəki şəhəri Noxabi 14 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Yusif  Yaşar oğlu Əliyev qəfildən ölüb.

İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiziyasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.