“Şəkil çəkdirəndə də məsafə saxlayaq”backend

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu pandemiya elan olunan koronavirusla mübarizəylə bağlı foto paylaşıb.

“Yeni Gündəm”in verdiyi xəbərə görə, N. Qaraçuxurlu ATV telekanalının efirində aparıcı və digər qonaqlarla şəkil çəkdirərək özünün instaqram hesabında paylaşıb. Meyxanaçı bu zaman “şəkil çəkdirərkən də məsafə saxlayaq”, – deyə qeyd edib.

Bununla da virusun yayılmasının qarşısını almaq üçün ünsiyyət zamanı məsafə saxlamağın zəruri olduğunu təbliğ edib.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən virusdan qorunmaq üçün vətəndaşlara bir-birindən ən azı 2 metr aralı gəzmək, dayanmaq tövsiyə edilir.