Səkinə Babayeva MARSOL şirkətinin 2022-ci ilin son “Business Breakfast” görüşündə iştirak edibbackend

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva tərəfdaşımız olan MARSOL şirkətinin 2022-ci ilin son “Business Breakfast” görüşündə iştirak edib.
Öz nitqində qadın sahibkarların netvörkinq imkanlarının artırılmasında belə görüşlərin əhəmiyyətindən bəhs edib.

“Yeni Gundem” xəbər verir ki, görüş MARSOL şirkətinin “Xanım Sahibkarlarla iş şöbəsi”nin rəhbəri Aysel Əmirovanın açılış nitqi ilə başlayıb. Aysel xanım qonaqları salamlayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə hər kəsi təbrik edib.