Selçuk Bayraktardan mühüm təklifbackend

“Qarabağ məsələsi içimizdə 30 ildir ki, qanayan bir yara idi. Mühəndislər olaraq bu zəfərdə payımızın olması bizim üçün ən böyük şərəfdir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, Bakıya gəlməsində əsas səbəblərindən biri də Bakıda dünyanın ən böyük hava texnologiya festivalı – Texnofestin təşkil olunmasıdır: “Azərbaycana ziyərətimizin səbəblərindən biri də Texnofest festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”.