Səlim Müslümov 2000-ci ildə niyə həbs edilibmiş? – MARAQLI DETALLARbackend

Həbs xəbəri yayılan sabiq əmək və əhülinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı maraqlı detallar üzə çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, bu, sabiq nazirin ikinci həbsidir.

Belə ki, o, 2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləyərkən də bir neçə ayını dəmir barmaqlıqlar arxasında keçirib. Xatırlayırsınızsa həmin dönəmdə mövcud olan Əmanət Bankından (hazırki Kapital bank-red.) bir neçə milyon vəsaitin yoxa çıxması idarə rəisinin adıyla bağlı idi.

Məlumat üçün qeyd edək ki, sözügedən məsələylə bağlı həbs edilən digər şəxs Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev adlı şəxs idi. Hacıyev bir neçə il həbsxana həyatı yaşasa da, Müslümov son anda dəmir barmaqlıqlar arxasından xilas ola bilmişdi.

Qeyd edək ki. S.Müslümov 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib. 2018-ci ildə isə tutduğu postdan azad edilib.

Ölkə.Az