ABŞ-da gün batımı səması iki hissəyə bölündü!
“Yeni Gundem” xəbər verir ki, bəziləri bunun yuxarıdan bir işarə olduğuna qərar verib.
ABŞ-ın Florida ştatının sakinləri müəmmalı hadisəni lentə alıblar. Gün batarkən səma iki hissəyə bölünüb: biri parlaq narıncı, digəri boz rəngə boyanıb.
Bu fenomenə “parçalanmış gün batımı” deyilir.
Bu cür hadisə şüaların Yer atmosferinin müxtəlif sıxlığı və temperaturu olan təbəqələrindən keçdiyi zaman günəş işığının əyilməsi nəticəsində yaranır. Bəzi media orqanları bu fenomeni günəşin qarşısını alan böyük bir buludun kölgəsi ilə əlaqələndirib.
İnternetdə bəzi insanlar bu fenomeni matrisdəki nasazlıq adlandırıblar və bəşəriyyətin əslində simulyasiyada yaşadığını təsdiqləyiblər.
Bəzi insanlar isə bu gün batımına xüsusi əhəmiyyət verərək bunu yuxarıdan, Allahdan bir işarə hesab edib. Bu və ya digər şəkildə fenomen hər kəsə təbiətin çox yönlü və gözəlliyini xatırladıb.
Əvvəllər Böyük Britaniyada da parlaq çəhrayı parıltı müşahidə edilib.
Mənbə: mail.ru
Aynur Camal