“Semaşko”da işıqların sönməsi ilə bağlı açıqlamabackend

Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi (“Semaşko”) elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, elektrik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub: “Mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektrik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Mərkəzin ümumilikdə 5 ədəd elektrik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektrik enerjisinin verilişində problem yaşanmayıb.

Elektrik enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, Mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib”.