“Semaşko”nun direktoru işdən çıxarıldı- YENİ TƏYİNATbackend

Kliniki Tibbi Mərkəz publik-hüquqi şəxsə yeni direktor təyin olunub.

TƏBİB-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.