Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciət edibbackend

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciət edib.

O, bu barədə “Twitter” hesabında yazıb:

“Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi (Ramin Məmmədov – red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək”.