Aprelin 13-də Səmərqənddə Əfqanıstana qonşu dövlətlərin nazirlərinin dördüncü iclası keçirilib.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə Özbəkistan, İran, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Çinin xarici siyasət qurumlarının rəhbərləri iştirak ediblər.
İclasa Özbəkistan sədrlik edib.
Forum zamanı tərəflər Əfqanıstandakı mövcud vəziyyəti, dünya birliyinin əsas tələblərinin bu ölkənin hazırkı hakimiyyət orqanları tərəfindən yerinə yetirilməsini – inklüziv hökumətin yaradılmasını, əfqan qadınlarına işləmək və təhsil almaq imkanını və milli azlıqların hüquqları.
Əfqanıstan xalqına humanitar yardımın göstərilməsinin və ölkənin milli iqtisadiyyatının bərpasına yönəlmiş birgə fəaliyyət mexanizminin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.
Beynəlxalq terrorizm, narkotiklərin istehsalı və qaçaqmalçılığı ilə mübarizədə Əfqanıstanla qonşu dövlətlərin tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mərkəzi və Cənubi Asiya arasında regional qarşılıqlı asılılığın əsas amili kimi Əfqanıstanın potensialının reallaşdırılmasına yardımın vacibliyi qeyd edilib.
Tərəflər Əfqanıstan ərazisində qonşu dövlətlərin iştirakı ilə yeni iş yerlərinin yaradılmasına, o cümlədən ölkənin regional iqtisadi proseslərə daha fəal inteqrasiyasına xidmət edən infrastruktur və sosial-iqtisadi layihələrin həyata keçirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Fərahim Rəhimov