Şəmkirdə baş verən qətlin TƏFƏRRÜATIbackend

Şəmkirdə 28 yaşlı şəxsin qohumu tərəfindən qətilə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

“Yeni Gündəm”-in məlumatına görə, mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.

REPORT