Şəmkirdə bıçaqlanmabackend

Şəmkirdə bıçaqlanma hadisəsi olub. 

“Yeni Gündəm” in xəbərinə görə, rayonun Sabirkənd kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Əlihəsən Əbülfət oğlu qarın nahiyəsinin kəsilmiş- deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub, vəziyyəti orta ağır qiymətləndirilir.

Ə. Əliyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.