Şəmkirdə eşidilən partlayış səsinin səbəbi açıqlandıbackend

Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.

Eyni zamanda, poliqonda işğaldan azad edilən ərzilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.

Qafqazinfo