Senat Samanta Poueri USAID-in rəhbəri vəzifəsinə təsdiqlədibackend

Senat Samanta Poueri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təsdiqləyib.

“Yeni Gündəm”-in xəbərinə görə, Senatda keçirilən səsvermədə 68 senator onun namizədliyinin lehinə, 26 senator isə əleyhinə səs verib.

Samanta Pouerin namizədliyi Prezident Co Bayden tərəfindən yanvar ayında irəli sürülüb. O, USAID-in 19-cu rəhbəri olacaq.

S. Pouerin andiçmə mərasimi mayın 2-də keçiriləcək.

Qeyd edək ki, Pulitzer mükafatlı jurnalist Samanta Pouer Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki səfiri olub.