“Sənəddə maddi təzminat bəndi yoxdur, 50 milyard dollar məsələsi uydurmadır”backend

“Üç ölkənin imzaladığı sənəddə maddi təzminat bəndi yoxdur, bu, yanlış informasiyadır, 50 milyard dollar məsələsi uydurmadır.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, Azərbaycan ciddi beynəlxalq təşkilatlarla, xarici qiymətləndirmə şirkətləri ilə birgə illərdir işğal altında qalan, ordumuz tərəfindən azad edilən torpaqlarımıza dəyən maddi ziyanı mütləq hesablamalı, bu rəqəmi ciddi əsaslandırmalı, beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır: “Sənəddə tək dağıdılmış infrastruktur, binalar, evlər deyil də, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır. Ermənistan, təbii ki, inkar edəcək, razılaşmayacaq, on milyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində “Domokl qılıncı” kimi asılmalıdır, hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Tarixi abidələrlə bağlı xüsusi araşdırma və qiymətləndirmə aparılmalı, bu sənədlər mövzu ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda ayrıca qaldırılmalıdır. Bu tək maddı yox həm də mənəvi təzminat üçün əsas yarada bilər. Mənim Ermənistanın milyardlarla dollar təzminatı qəbul edib ödəyəcəyi ilə bağlı heç bir ümidim, illyuziyam yoxdur, amma bu o demək deyil ki, məsələ beynəlxalq müstəvidə qaldırılmamalıdır…”