“Sənət adamı özünü gərək qorusun” – Namiq Mənadan Rəşad Dağlı ilə bağlı açıqlamabackend

“Rəşad Dağlının qətl törətməsi barədə xəbəri mətbuatdan oxudum. Məsələnin necə baş verdiyini tam təfsilatı ilə bilmirəm. Belə məqamlarda insan öz əsəblərinə hakim çıxa bilsə, daha yaxşı olar. Amma elə məsələlər var, bəzən adamı özündən çıxarır. Rəşad səbirli insandır. Görünür, necə ciddi məsələdirsə, sonda onu belə hala gətirib çıxarıb. Xırda şeydən bu hadisə baş verməz. Rəşadın xətrini çox istəyirəm.“Rəşad Dağlı çox istedadlı meyxanaçıdır.Xəbəri eşidəndə sözün həqiqi mənasında çox pis oldum.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Meyxanaçı Namiq Məna bildirib.

O sözlərinə belə davam edib:

“Çox təsirləndirdi, sənət adamı gərək özünü qorusun.Çünki o, təkcə ailəsi üçün yox xalqı üçündə dəyərli və lazımlıdır. Özünü qoruyanı Allahda qoruyar.

Məsələ çox ciddi olub ki, belə alınıb.Rəşadın 20 ildən çox təcrübəsi var. Məclislərdə öz yerini çox yaxşı bilən birisidir.Allah köməyi olsun, Allah qapısını açsın.

Rəşad hörmətli oğlandır. Çox pis oldum, meyxanaçı deyib.

Fərahim RƏHİMOV

Yenigundem.az