SENSASSİON AÇIQLAMA! Putin bu ölkəyə qaçırılacaq – Xəbər İsraildən gəldibackend

2008-2010-cu illər arasında Putinin əsas heyətində olan  və hazırda İsraildə yaşayan Abbas Gallyamov Rusiyanın müharibədə məğlub olacağı təqdirdə Putinin qaçış planının hazır olduğunu iddia edib.

“Yeni Gundem” xəbər verir ki, bir vaxtlar Putinlə yaxından əməkdaşlıq edən Gallyamov iddia edir ki, Putinin yüksək səviyyəli işçiləri “Nuhun gəmisi” kod adlı qaçış planında son nöqtələri qoyurlar.

Putinin Argentina, Venesuela və ya Çinə qaça biləcəyi ehtimal olunur.

“Nuhun gəmisi” adlandırılan planı açıqlayan Qallyamov “Layihənin adından da göründüyü kimi, ölkədə yaşamaq mümkün olmadığı təqdirdə yeni yaşayış məntəqəsi tapmağı hədəfləyir. “Putinin kadrları müharibənin itirilməsi, hakimiyyətin itirilməsi kimi vəziyyətləri gözardı etmir və onun ölkəni tez bir zamanda tərk etməli olduğu halda planlar qurur.

Rusiyanın nüvə araşdırma mərkəzini idarə edən Mixail Kovalçukun Çinə qaçmaq təklifini gündəmə gətirdiyini, lakin bunun birmənalı qarşılanmadığını bildirən Qallyamov Argentina və Venesuelanın etibarlı torpaqlar ola biləcəyi qənaətinə gəlindiyini bildirib.

 

Bildirilib ki, rusiyalı oliqarx İqor Seçin Venesuela lideri Maduro ilə yaxın münasibət qurub və bu yolla Venesuelaya qaçmaq planının mümkün olacağı təqdirdə Seçin bu prosesi idarə edəcək.