Sentyabrdan yeni məktəbli formasının tətbiqi məcburi olacaqbackend

Növbəti tədris ilində yeni məktəbli formasının tətbiqi məcburi olacaq.

“Yeni Gundem”-in Trend-ə istinadən məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.