Sentyabrın 1-dən balıq ovuna icazə veriləcəkbackend

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2021-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

“Sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov qaydaları ilə ETSN-in rəsmi internet səhifəsində (eco.gov.az) tanış ola bilərlər”.