“Separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki…”backend

“Kiyedəki dostlarımla, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyindəki  diplomatlarla əlaqə saxladım. Onlar Ukraynanın şərqində gərginliyin artdığını və atəşkəsin intensiv pozulması hallarının hər an böyük toqquşmalara  keçə biləcəyini bildirdilər. Bu hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir”.

“Yeni Gündəm”-in xəbərinə xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu qeyd edib ki, Ukrayna ordusu son illər güclənib, ABŞ-dan modern texnika alınıb: “Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan kimi Ukraynanın da buna haqqı var. Ancaq qarşı tərəf də boş dayanmayıb. Donbasdakı separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki, müharibə başlasa daha çox torpaq zəbt edəcəklər. Separatçılar Rusiyanın hərtərəfli dəstəyinə arxayındılar. Kreml də öz növbəsində Kiyevi hədələməkdə davam edir, müharibənin başlayacağı halda Donbassın Rusiyaya birləşdiriləcəyi açıqlamalarını səsləndirirlər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir. Rusiya amilindən çəkinmək lazım deyil. Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu Kremlin xətrinə dəyəcək və bizə Dağlıq Qarabağda problem yaradacaqlar. Bu problem onsuz da var. Ukraynadakı hadisələrə gözümüzü yummaqla Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq. Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa, eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik”.