Serbiyanın şəhər meri Şuşaya getdibackend

Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevacın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə rəsmi səfərə gəlib.

“Yeni Gundem” xəbər verir ki, səfər Azərbaycan Prezidentinin Şuşa bölgəsi üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun dəvəti ilə baş tutub.

Görüşdə A.Kərimov qonaqlara Şuşa şəhərinin tarixindən, aparılan təmir-bərpa işlərindən ətraflı danışıb.

Qeyd edilib ki, nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri çərçivəsində Şuşa və Novi Pazar şəhərlərinin qardaşlaşması ilə bağlı sənəd imzalanacaq.

Fərahim Rəhimov