Serdar Kılıç İrəvandakı partlayışla bağlı başsağlığı verdibackend

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

“Yeni Gündəm”-in xəbərinə görə, diplomat bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”.