“Sergey Lavrovun Çinə səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib”backend

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə rəsmi səfəri hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və yaxın zamanda Alyaskada keçirilən yüksək səviyyəli Çin-Amerika danışıqları ilə heç bir əlaqəsi yoxdur”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin mətbuat brifinqində deyib.

O qeyd edib ki, Çin ilə Rusiya arasındakı münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib: “Başqalarından fərqli olaraq biz münasibətləri heç bir məqsəd üçün istifadə etmirik”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov çinli həmkarı Vanq Yinin dəvəti ilə martın 22-də Çinə iki günlük səfər edib. Səfər Çin XİN başçısı Vanq Yİ və ABŞ dövlət katibi Antoni Blinkenin Alaskadakı görüşündən dərhal sonra baş tutub.