Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıbbackend

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin (DİN) sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

Məlumatı Gürcüstan DİN yayıb.

Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.

Məlumata görə, qəza kurort zonasında itkin düşmüş paraşütçülərin xilas edilməsi zamanı baş verib.

APA