Sərhədlərin delmitasiyası müzakirə edilirmi?backend

Xəbər verdiyimiz kimi  noyabrın 3-də  Brüssel şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında, müvafiq olaraq, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib.

Görüşün nəticələrini “Yeni Gundem” –ə şərh edən Politoloq Zaur Məmmədovun sözlərinə görə görüşlər keçirilsədə, sərhədlərin delmitasiyası ilə bağlı danışmağın tez olduğunu vurğuladı.

“Sərhədlərin delimitasiyası ilə bağlı hələ danışmaq tezdir. Azərbaycan və Ermənistan arasında bir sıra ziddiyyətli məsələlər var ki, onların aradan qaldırılması ilk növbədə vacib xarakteri alır. Sülh müqaviləsində Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistanın verəcəyi qərardan hər şey asılı olacaqdı və əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam edəcəksə, onunla sərhəd çəkmək mümkün olmayacaqdır. İndiki halda belə görüşlər vacibdir. Əlbəttə ki, görüşlərdə baxış bucaqları müəyyən olunur. Görüşlərin keçirilməsi dialoq deməkdir.

Azərbaycan və Ermənistan nə qədər təklikdə bu kimi görüşlər keçirirlərsə o qədər yaxşı olacaq ki, üçüncü tərəflər gələcəkdə veriləcək qərarlara müdaxilə edə bilməz.”.

Fərahim RƏHİMOV

Yenigundem.az