Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycan media mənsublarının minaya düşərək həlak olmasına münasibət bildirdibackend

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan media nümayəndələrinin ölümünə münasibət bildirib.

“Yeni Gündəm”-in xəbərinə görə bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı “Twitter”də qeyd edib.

“Bu gün səhər iki azərbaycanlı jurnalist AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov Dağlıq Qarabağda tank əleyhinə mina partlayışında həlak olublar. Onlar azad olunmuş Suszluq kəndindən reportaj hazırlamaq üçün göndərilmişdi.

Bu, keçən ilin payızında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdən bəri Dağlıq Qarabağda ilk jurnalist ölümüdür.

Sərhədsiz repartyorlar bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır”, təşkilat bildirib.