Sərkisyan günlərdir Xankəndidə nə edir? – Məlum oldubackend

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bir neçə gündür Xankəndidədir və orada görüşlər keçirir.

“Yeni Gundem” teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazır.

Nəşr qeyd edir ki, bazar günü Serj Sərkisyanın anası Noranın ölümünün ildönümüdür. Bu münasibətlə Ermənistanın keçmiş siyasi elitasının üzvləri də Xankəndiyə gələcəklər.

Qəzet bu münasibətlə bir neçə gündür Xankəndində olan Sərkisyanın orada görüşlər keçirdiyini də yazır.