Sərnişin təyyarə​​​​​​​si qəzaya uğrayıb, ölənlər varbackend

Rusiyanın Nenets Muxtar Dairəsində göyərtəsində sərnişinlərin olduğu “An-2” təyyarəsi qəzaya uğrayıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisəyə səbəb əlverişsiz hava şəraiti, o cümlədən buzlaşma olub.

Qəza nəticəsində 2 nəfər ölüb.

Məlumata görə, təyyarədə 2-si ekipaj üzvü olmaqla ümumilikdə 12 nəfər olub.

Təyyarə sərt eniş edib.

Report