Sərt karantin tətbiq edildi – 16 aprelə qədər…backend

Ukrayna paytaxtı Kiyevdə bu gündən daha sərt karantin məhdudiyyətləri qüvvəyə minib.

“Yeni Gündəm”-in məlumatına görə, meriyanın qərarına əsasən, Kiyevdəki bütün məktəblər və uşaq bağçaları aprelin 5-dən etibarən bağlanır və ictimai nəqliyyatdan yalnız kritik vacib infrastruktur müəssisələrinin işçiləri istifadə edə bilər.

16 aprelə qədər paytaxtda 20 mart tarixində tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq. İctimai iaşə müəssisələri yalnız çatdırma ilə işləyə bilər.

Qida məhsulları mağazaları, aptek və zoomağazalar xaric satış məntəqələri və ticarət mərkəzlərinin fəaliyyəti qadağandır. İşləyən obyektlərdə 20 kvadratmetrdə birdən çox alıcı olmamalıdır.

Əyləncə və kütləvi tədbirləri keçirilə bilən müəssisələr, hovuzlar, idman zalları, qeyri-ərzaq bazarları və yarmarkaları həmçinin bağlı qalacaq.