Şərurda azyaşlıya siqaret çəkdirib, sosial şəbəkədə yayan şəxs cəzalandırıldıbackend

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib. Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.