Sərxoş halda xidmət aparan polis işdən çıxarıldı – FOTObackend
Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.
“Yeni Gündəm” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Quba reginal qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.