Səssiz gediş: Bu, iş yerlərindəki yeni trenddir?backend

Elə bir iş yeri düşünün ki, siz yalnız vəzifə öhdəliklərinizə daxil olan işləri yerinə yetirməlisiniz, üstəlik burada müdirə və ya rəhbərə xoş gəlsin deyə iş vaxtından artıq işləmək və ya çox çalışmaq lazım deyil.Koronavirus pandemiyasına görə, iş dünyası hərtərəfli dəyişikliyə məruz qalarkən, iş mədəniyyətində yeni bir tendensiya baş qaldırıb. Bu tendensiya “səssiz gediş” adlanır.

Bəs, səssiz gediş nədir?

Bu ifadəyə aldanmayın, çünki onun işdən çıxmaqla heç bir əlaqəsi yoxdur.Səssiz getmək yalnız işin sizdən tələb etdiyi şeyi etmək və ondan artıq heç bir şeyi etməməkdir.

Siz hələ də işə gedib-gəlirsiniz, vəzifə öhdəliklərinizi yerinə yetirirsiniz, lakin heç vaxt bu öhdəliklərin hüdudlarından kənara çıxmırsınız.Başqa sözlə desək, siz nə əlavə işlə məşğul olursunuz, nə də iş saatları xaricində e-poçtunuza göndərilən mesajlara baxmaq məcburiyyəti hiss etmirsiniz.Pandemiyanın başlanğıcından bəri artan sayda gənc işçi iş vaxtından artıq işlədiyi üçün təqdir edilməməsi və maddi mükafatın olmamasından bezib. İndi onlar həddindən artıq işləməkdən irəli gələn tükənmişlik sindromuna yox deyirlər və iş-həyat balansını düzgün qurmağa diqqət yetirirlər.Bu cür davranış özünümüdafiə və “maaşın qədər işlə” prinsiplərinə əsaslanır. Səssiz getmək ifadəsi Amerikalı bir TikTok istifadəçisi olan @zaidlepplin “Həyatınız yalnız işdən ibarət deyil” dediyi viral bir videosu yayımlandıqda ortaya çıxıb. Əslində hərəkatın mənşəyinin Çinə gedib çıxdığı düşünülür. Çində “yatmaq” mənasını verən #tangping həştəqi uzun iş saatlarına etiraz olaraq istifadə edildikdən sonra senzuraya məruz qalıb.

“Yenidən özümü gücləndirməyə başladım”

Devondan olan 24 yaşlı Gerogia Gadsby March pərakəndə satış sənayesində marketinq sahəsində işləyib və bildirir ki, həmin müddətdə heç bir mükafat almadan iş vaxtından artıq işləməli olub.Menecer vəzifəsinə təyin olunduqdan sonra məsuliyyəti də artıb və o, artıq həftədə 60 saat işləməyə başlayıb.Georgia menecerləri ilə danışıqlar apararaq, artan iş yükü və məsuliyyətinə görə kompensasiya tələb edib.”Mənə maaş artımı vəd etdilər, amma artırmadılar. Özümü alçaldılmış hiss etməyə başladım”, – o deyir.”Koronavirus pandemiyası zamanı işləyərkən qərara gəldim ki, işi tərk etməkdənsə, sakitcə tərk etmək daha təhlükəsizdir. Qeyri-müəyyən zaman idi”.

Bu müddət ərzində Georgia vəzifə öhdəliklərinə daxil olmayan, lakin etməsi üçün işdə ona gələn bütün müraciətləri geri çevirməyə başladı və tənqidlərə, hətta tənbəllik ittihamlarına məruz qalıb.Lakin onlara əhəmiyyət verməyib. Bu gün geriyə baxaraq deyir: “Mən özümü yenidən gücləndirməyə başlamışdım”. Nəhayət, Georgia işdən ayrılmağa qərar verib.

Londonda yaşayan 31 yaşlı Emma OBrien də pərakəndə icraçı köməkçisi işində artım tələbi rədd edildikdən sonra “səssiz gediş” yolunu tutdu.”İş yüküm artmışdı, mən koronavirus dövründə bütün komanda üçün çalışırdım” deyir.O deyir ki, maaşının artırılması ilə bağlı müraciətinin rədd edilməsi səbr kasasını daşıran son damcı olub:”O zaman mən sadəcə öz işimi gördüm və başqa iş üçün barmağımı belə tərpətmirdim”. Emma təxminən bir illik “səssiz gediş”dən sonra işindən ayrılmaq qərarına gəlib.

Səssiz getmək yaxşı şeydirmi?

Ancaq hər kəs səssiz tərk etmə fenomeninin doğruluğuna əmin deyil.Əmək məsələləri üzrə təhlilçi Pattie Ehsaei TikTok-da yayımladığı videoda bu düşüncə ilə gedənlərin uğurlu karyera qurmasının mümkün olmayacağını bildirir.Ehsaei deyir: “Səssiz işdən çıxmaq, işdə sizdən gözlənilənləri minimuma endirməkdən və orta səviyyəli işçi olmaqdan başqa bir şey deyil”.”Yüksəlmə və karyera yüksəlişi imkanları yalnız irəliləmək üçün səy göstərənlərə veriləcək. Minimum iş görmək o qapıları açmır”.Karyera məsləhətçisi Joanna Mallon deyir ki, bir çoxları ona müraciət edərkən artıq işdən səssizcə getməyə başlamış olur.Heç vaxt kiməsə səssizcə getməyi məsləhət görməyəcəyini deyən Mallon hələ də onlardan niyə bu yola əl atdıqlarını soruşur.Mallon deyir: “Hər kəs həyatının bir nöqtəsində sakit tərk etmə qərarı alır. Amma ola bilsin ki, bu o deməkdir ki, fiziki olaraq həmin işlə əlaqəni kəsib başqa bir işə yönəlməyin vaxtıdır”. Doğrudan da, Georgianın və Emmanın təcrübələri buna haqq qazandırır.

BBC