Səssizliyə bürünmüş Bakı…-Fotosessiyabackend

Bu gündən etibarən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırıldığından, vətəndaşlar yaşayış yerini zərurət yarandığı halda yalnız SMS-lə icazə alaraq tərk edə bilirlər.

Bu səbəbdən Bakıda insanların hərəkəti daha az nəzərə çarpır.

Fotoqraf İlqam Cəbiyev paytaxtın mərkəzi küçələrində, eləcə də metronun “Koroğlu”, “Neftçilər” stansiyası ətrafında bugünki vəziyyəti lentə alıb.

Qeyd edək ki, müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.