Səsyazısı yayılan DYP rəisindən AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi, ötən gün Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vasif Bəşirlinin rüşvət yığdığına dair səs yazısı yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, məsələ ilə bağlı V. Bəşirli “Unikal”a açıqlama verib. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Bunlar hamısı yalan söhbətlərdir. Ümumiyyətlə, bu, qurama bir işdir. Belə bir şey yoxdur”, – deyə o əlavə edib.

Qeyd edək ki, yayılan səs yazısında polis baş leytenantı V.Bəşirlinin əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi iddia edilirdi.