“Bloomberg” xəbər verir ki, Yəmən sərhədi yaxınlığında İrana bağlı “Ənsarallah” hərəkatı (husilər) ilə toqquşmada 4 Səudiyyə əsgəri öldükdən sonra hərbi qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, bu əmr bir müddət öncə üsyançıların Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək cəhdindən sonra krallığın silahlı qüvvələrinin bütün bölmələrinə verilib.
Qeyd edək ki, bu qarşıdurma ötən həftə Səudiyyə Ərəbistanının cənub-qərbindəki dağlıq Cizan bölgəsində baş verib. Bundan əlavə Ər-Riyad və Yəmənin yaraqlı qruplaşması hələlik bu barədə məlumat verməyə hazır deyil.
Mənbə: Azad İran
Aynur Camal