Sevdiyi qızı universitet müəllimi ilə tutdu, hər ikisini doğradıbackend

Ukraynalı tələbə, Xarkov şəhər təsərrüfatı Milli Universiteti müəllimindən vəhşicəsinə intiqam alıb.

“Yeni Gündəm” xəbər verir ki, qətlin səbəbi qısqanclıq olub.

Tələbənin öldürdükləri şəxs həmin universitetin turizm və mehmanxana təsərrüfatı kafedrasının 29 yaşlı asiistenti və 24 yaşlı qızdır. Onların doğranmış cəsədlərini uzun müddət əlaqə saxlamayan oğlunun yanına gedən müəllimin anası tapıb. Qətli törətməkdə şübhəli bilinən də tezliklə saxlanılıb, onun həmin universitetin 4-cü kursunda təhsil aldığı bildirilir. Onun sözlərinə görə, o. qızı müəllimi bir yerdə tutub və sonra qısqanclıqla hər ikisini də bıçaqlayıb.

Polisdən verilən xəbərə görə, tələbə müəllimə bıçaqla 31, sevgilisinə isə 18-ə yaxın zərbə vurub. Onların hər ikisinin həyati əhəmiyyətli orqanları sıradan çıxıb.Lent.az