“Sevgilim söz verdi ki, səninlə evlənəcəm” – Pərvin Abıyevabackend

Aktrisa Pərvin Abıyeva “10-da görüşək” proqramında qonaq olub.

“Yeni Gündəm” xəbər verir ki, aktrisa bir il əvvəl 30 yaşında ailə quracağı haqda verdiyi açıqlamaya aydınlıq gətirib.

O, sevgilisi tərəfindən aldadıldığını bildirib: “Keçən il oktyabrda ailə quracağımı dedim, amma sözümü geri götürdüm. Alınmır, olmur. Tutaq ki, sevgilin var, ona ümid verirsən. Sənətindən, kimliyindən asılı olmayaraq ona bunu deyirsən ki, səninlə ailə qururam. Çıx efirdə de. Artıq ailə də tanış olub, şadlıq evi də danışılıb. Özbaşına o müsahibəni verməmişdim. Qarşı tərəf ümid verib, söz vermişdi, mən də efirdə ailə quracağımı dedim. Necə mən 30 yaşımda ailə quracağımı, dediyim sözü yedimsə, o da o cür. Sonda olmadı. Amma yaxşı da ki, olmadı”.Musavat