Sevinc Məhərrəmovun son yazışması: “Mənə kömək edin…” – FOTObackend

Avqustun 3-də qətlə yetirilən S. Məhərrəmovanın son yazışması üzə çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində paylaşım edib:

Mərhum qadın Birlik sədrinə müraciət edərək ona kömək etməsini istəyib:

“Dəfələrlə polisə müraciət etmişəm. Səhər öldüyümü eşitsələr nə dəyişəcək? 3 övladım ortalıqda qalacaq. Neçə vaxtdır sizə yazmağa qorxurdum, risk etmirdim. Uşaqlarımı əlimdən almaqla məni hədələyir. Bəs mənim canım atam insult keçirib, anamda ürək çatışmazlığı var. Mən də sakitləşdiricilərlə yaşayıram. Mənə kömək edin. Çox qorxuram…”.

Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Ötən gün isə o, əri Füzuli Qarayev tərəfindən öldürülüb.