Səyavuş Aslanın oğlu yenə küçələrdə qalıb – VİDEObackend

Mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın yeni görüntüləri yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən onun hazırda acınacaqlı durumda yaşadığı görülüb.

Videonu çəkən şəxs onun sosial verilişlərə çağırılmasını xahiş edib.

Qeyd edək ki, Çingiz Aslan bundan bir neçə il öncə də sosial verilişlərə çıxarılmış və sığınacağa yerləşdirilmişdi.