Seyran İsmayılxanov “Yar yar”a yenidən klip çəkdi – Videobackend

Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov martın 8-də təqdim etdiyi “Yar yar” mahnısının remiks versiyasını sevənlərinin ixtiyarına verib.

“Yeni Gündəm” xəbər verir ki, sözləri və musiqisi ifaçının özünə aid olan bəstənin remiks versiyasını tanınmış tacikistanlı musiqiçi Manucer Ahmadzade hazırlayıb. Müğənni bəstənin yeni versiyasına klip də çəkdirib. Klipin rejissoru Seyran özüdür.