Şeyx: Sən demə qardaşın başqa qardaşı da varmışbackend

“İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır”.

“Yeni Gundem” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

“Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik”, – o, vurğulayıb.

A.Paşazadə Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir:

“Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar”.