Şeyxdən erməni katolikosuna ÇAĞIRIŞbackend

“Təəssüflə qeyd edirəm ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşdə deyib.

A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu II Qaregin dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcək.

Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və Erməni Apostol Kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğuna vurğu edib.