“Şikəst” sözü qanunvericilikdən çıxarılırbackend

Azərbaycan qanunvericiliyindən “şikəst” sözü çıxarılır.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilir.

“Şikəst” sözü “xəsarət almış” sözü ilə əvəzlənir.