Silahların nişangahı ermənilərə tərəfdir: “MÜHARİBƏ QAÇILMAZDIR…”backend

“Azərbaycan hər an işğal altında olan torpaqlarda antiterror əməliyyatlarına başlaya, torpaqları işğaldan azad edə bilər”.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, diplomatiyanın antiterror əməliyyatlarında olan rolundan da bəhs edib:

“Bu, müharibə yox, antiterror əməliyyatlarıdır. Lakin hesab edirəm ki, antiterror əməliyyatlarnın keçirilməsi üçün əvvəlcə buna şərait yaratmaq lazımdır.

Bildiyimiz ki, artıq Azərbaycan dövləti də hücum diplomatiyasın keçib. Çünki hərbi yoldan əvvəl məsələni siyasi yolla həll etmək, lazımı məqamı tutmaq lazımdır. Bugünkü diplomatiyamızın da əsas istiqaməti həmin məqamı yaxınlaşdırmaqdır.

Həmçinin, Azərbaycan antiterror əməliyyatlara başlamazdan əvvəl bütün riskləri minumuma endirməlidir. Təbii ki, bunu da ancaq diplomatiya ilə etmək mümkündür”, – deyə o bildirib.

Polkovnik Azərbaycanın səbrinin tükəndiyini bildirib:

“Biz bu günə qədər məsələnin sülh yolu ilə həllinə çalışırdıq. Lakin, görünən odur ki, Ermənistan Azərbayacana hərbi yoldan başqa seçim qoymur.  Bu baxımdan, biz bütün gücümüzlə bu istiqamətə yönəlməliyik. Çünki torpaqların sülh yolu ilə qaytarıla biləcəyi sadəcə fantaziyadır. Azərbaycan dövləti də, ölkə başçısı da bunu bilir, buna görə də artıq fərqli və daha sərt mövqe ortaya qoyur. O, çıxışlarında da antiterror əməliyyatlarının hər an başlaya biləcəyinə işarə edir. Düşünürəm ki, bu əməliyyatlara başlanılması o qədər də uzun çəkməyəcək”.