Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandıbackend

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il avqustun 1-dək daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək  112.759.464,65 AZN, 213.577,88 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.